Pakistan Azərbaycana görə Ermənistanı tanımır

Pakistan Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini pisləyir və bu səbəbdən Ermənistanı dövlət kimi tanımaqdan imtina edib”.

Bunu Pakistan Senatının sədr müavini Molana Abdul Qafur Haidari “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan BMT-nin Azərbaycanın işğal altındakı torpaqlarını geri qaytarmaqla bağlı qərarını icra etməyənədək Pakistan öz fikrində qalacaq, çünki Azərbaycanla qardaşlıq münasibətlərinə xüsusi önəm verir.