Rusiyalı milyarderin makleri də həbs edildi

Fransa məhkəməsi rusiyalı senator, milyarder Süleyman Kərimovun daşınmaz əmlakla bağlı sövdələşmələrinin təhqiqatı çərçivəsində onunla işləyən fransalı rieltora ittiham irəli sürüb.Villaların alınmasında vasitəçilik etmiş bu şəxs noyabrın 25-də həbs edilib.

Kərimova məxsus olduğu ehtimal edilən dəbdəbəli villaları idarə edən Sedrik Fojerə qarşı da cinayət işi açılıb. Məhkəmə 140 min avro girov müqabilində Fojerin azadlıqda qalmasına razılıq verib.

Onların hər ikisi pulların yuyulmasında və vergidən yayınmada ittiham olunur. Söhbət milyonlarla avrodan gedir.

Xatırladaq ki, Süleyman Kərimov noyabrın 20-də Nitsa aeroportunda saxlanılıb. Fransa məhkəməsi rusiyalı senatoru 5 milyon avro müqabilində azadlığa buraxmağa razılaşıb. Lakin o, Fransanı tərk edə bilməz. Nitsa prokurorunun verdiyi məlumata görə, Kərimova vergidən yayınmaq və pulların yuyulması ittihamı irəli sürülüb.

Azadliq.info