“Qızıl buts”ini yenə də Messi aldı

Argentina millisinin və “Barselona”nın ulduz futbolçusu Lionel Messiyə “Qızıl buts” mükafatı verilib.

Mükafatı ona komanda yoldaşı Luis Suares təqdim edib. Ötən mövsüm İspaniya La Liqasında 37 qolla birinci olan Messinin mükafatlandırılma mərasimi Barselona şəhərində keçirilib.

“Qızıl buts” mükafatı hər il “European Sports Media” və “Marca” qəzetinin təsisçiliyi ilə verilir. Messi 4-cü dəfədir bu mükafatı alır.