Misirdə dəhşətli terror: azı 235 ölü

Misirin əl-Ariş şəhərinin əl-Raud kəndində məsciddə terror törədilib. Cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində təxminən 235 nəfər həyatını itirib, 100-dən çox yaralı var.

Məlumatlara görə, məscid ərazisində partlayış törədilib, ardınca 4 iri qabaritli avtomobildən adamlara atəş açılıb.

Hadisəyə görə Misirdə 3 günlük matəm elan olunub.