Bələdiyyələrə “böyük səlahiyyətlər” verilir

Azərbaycanda tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması ilə bağlı bələdiyyələrə səlahiyyət verilir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirilib ki, ikinci oxunuşda qəbul edilən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsində tədbirlərdə bələdiyyələrin aktiv iştirakı nəzərdə tutulurdu.

Parlamentdə üçüncü oxunuş üçün hazırlanan qanun layihəsində isə bələdiyyələrə əlavə səlahiyyət verilir, yəni bələdiyyələr tədbirləri təşkil edəcəklər.
Bələdiyyələr bütün sivil dünyada yerli hakimiyyət orqanı kimi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda bu orqan sadəcə, fiksiya xarakteri daşıyır. Bütün real hakimiyyət mexanizmləri yerli İcra Hakimiyyəti başçılarındadır. Bələdiyyələrin bu tipli texniki xarakterli məsələlərin həlli işinə cəlb edilməsi onların belə vəzifələrin icrası üçün nəzərdə tutulduğunu açıq göstərir.