Yüz milyon xərcləyirlər ki, 50 milyon əldə etsinlər

Vahid Məhərrəmov

Dövlət Statistika Komitəsinın məlumatına əsasən, bu günə qədər ölkə üzrə 136,4 min hektar pambıq sahəsindən 184,4 min ton, o cümlədən 18-19 noyabr 2017-ci il tarixlərində 1942 ton, yəni gün ərzində 971 ton pambıq yığılmışdır.

Bu o deməkdir ki, avqust-noyabr aylarında ölkə üzrə hər hektardan orta hesabla 1 ton 351 kiloqram, yəni 13,51 sentner pambıq əldə olunub. Belə gedişlə İlham Əliyev dediyi qədər, yəni hər hektardan 40 sentner pambıq əldə etmək üçün mövcud templə pambıq yığımı 372 gün davam etdirilməlidir.

Bu da 2018-ci ilin son ayına, yəni dekabr ayının ilk günlərinə təsadüf edir. Qeyd etməliyəm ki, Azərbaycan hakimiyyəti iddia edir ki, pambıqçılığın inkişafına hər ildə yüz milyonlarla dollar xərcləyir. Əldə olunan gəlir isə 50 milyon dollar təşkil edir. Gülməlidir, deyilmi?