ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Vyetnamda görüşməyəcək.
“Bloomberg” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ liderinin sözçüsü Sara Sanders bildirib.
Qeyd edək ki, Rusiya və ABŞ prezidentlərinin bu gün Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq təşkilatının Vyetnamda keçiriləcək sammiti çərçivəsində görüşü gözlənilirdi.