ABŞ-da terror: 27 ölü, 30 yaralı VİDEO

ABŞ-ın Sazerlend-Sprinqs şəhərində (Texas ştatı) naməlum şəxsin baptist kilsəsinə daxil olaraq atəş açması nəticəsində azı 27 nəfər ölüb.

 

Bu barədə ABC telekanalı polisdəki mənbələrə istinadən məlumat verib.

 

İnsident nəticəsində təxminən 30 nəfərin yaralandığı bildirilir.

 

Atəşi açan şəxs polis tərəfindən zərərsizləşdirilib.