Azərbaycanın Avropa İttifaqı ilə ticarəti 27 faiz azalıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbyacan Avropa İttifaqı (Aİ) ölkələri ilə 5 030 814,4 min ABŞ dolları dəyərində ticarət əməliyyatları həyata keçirib.

Dövlət Gömrük Komitəsinin verdiyi xəbərə görə, ticarət dövriyyəsində illik müqayisədə 27,4% azalma qeydə alınıb.

Bu müddətdə ixrac əməliyyatlarının həcmi illik 28,92% azalaraq 3 727 356,3 min dollar, idxal isə 22,62% azalaraq 1 303 458 min dollar təşkil edib. Nəticədə, Aİ ölkələri ilə xarici ticarət dövriyyəsinin müsbət saldosu 31,9% azalaraq 2 423 898,2 min dollara enib. Beləliklə, ölkə üzrə cəmi ixracın 45,77%-ni, idxalın isə 21,1%-ni məhz Avropa İttifaqı ölkələri ilə aparılan əməliyyatlar əhatə edib.

Azadliq.info