Xırdalanda baş vermiş atışmada iki nəfər öldürülüb

Abşeron rayonunun Xırdalan şəhərində atışma baş verib.

“Report” xəbər verir ki, Quşçuluq massivində iki nəfər şübhəli şəxs saxlanılan zaman hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərib.

Nəticədə onların hər ikisi zərərsizləşdirilib. Onların üzərinə baxış zamanı silah-sursat aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyri-rəsmi xəbərə görə, Xırdalandakı əməliyyat iki gün əvvəl etap zamanı qaçan məhbusların axtarışı ilə bağlı aparılıb. Əməliyyat zamanı zərərsizləşdirilən şəxslərin adları açıqlanmayıb.