Ötən həftə Avropa İnsan Hüquqları Məhkəməsi “Perinçek İsveçrəyə qarşı” işi üzrə qərar çıxarıb. Məhkəmə belə nəticəyə gəlib ki, “erməni soyqırımı”nın inkar edilməsi söz azadlığı çərçivəsində mümkündür.
AİHM-in saytında bildirilir ki, məhkəmə qərara alıb ki, 1915-ci il Osmanlı imperiyasında “erməni soyqırımı”nın inkar edilməsinə qadağa Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin pozulmasıdır.
AİHM-in baxdığı iş türkiyəli siyasətçi, İşçi Partiyasının lideri Doğu Perinçeklə İsveçrə hakimiyyəti arasında mübahisəyə dair olub.
2005-ci ildə Perinçek İsveçrədə bir neçə tədbirdə iştirak edıb və bildirib ki, 1915-ci ildə Osmanlı imperiyasında erməni əhalinin deportasiyası və qətlə yetirilməsi soyqırım olmayıb.
Perinçekin sözləri 2007-ci ildə İsveçrə hakimiyyətinin ona qarşı cinayət işi qaldırmasına səbəb olub və o, cərimə edilib.
Perinçek İsveçrənin qərarından AİHM-ə şikayət edib. 2013-cü ildə AİHM türkiyəli siyasətçinin tərəfini tutub. Bundan sonra İsveçrə AİHM-in qərarından şikayət verib və bildirib ki, erməni soyqırımının inkar edilməsi Ermənistanı tarixin saxtalaşdırılmasında ittiham etmək deməkdir. Ancaq, bu kömək etməyib.
Xatırladaq ki, erməni soyqırımını ilk dəfə 1965-ci ildə Uruqvay tanıyıb. Sonra 20-yə yaxın dövlət, o cümlədən Rusiya, Kanada, Fransa, Böyük Britaniya, Almaniya, Braziliya, Argentina, Avstraliya, Amerikanın bir neçə ştatı, Vatikan, Avropa parlamenti erməni soyqırımını tanıyıblar.