Olimpiya kompleksləri pulsuzluqla üzləşib

Azərbaycanda bəzi Olimpiya komplekslərinin inşası maliyyə məsələləri üzündən dondurulub.

Bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib. Onun sözlərinə görə, söhbət layihə-smeta işləri aparılan, bünövrəsi qoyulan komplekslərdən gedir:

“Hazırda belə idman qurğularının inşasının tam şəkildə maliyyələşdirilməsi və açılışa hazırlanması bir qədər çətindir. 2018-ci ildə maliyyə vəziyyəti dəyişsə və daha çox imkanlar olsa, tikintiyə başlaya bilərik”.

Əvəzində A.Rəhimov tikilməkdə olan komplekslərin istifadəyə veriləcəyini vurğulayıb:

“Bu il Ağcəbədi və Abşeronda iki kompleks açılışa hazırdır. Gələn il Lənkəran və Yardımlıda açılış nəzərdə tutulub. Yəni komplekslər hissə-hissə açılır”.

Azadliq.info