Neftin qiyməti yenə düşdü

Dünya birjalarında neftin qiyməti düşüb. Nyu-York birjasında “Layt” markalı neftin barreli 14 sent ucuzlaşaraq 50,44 dollar, London birjasında “Brent” markalı neftin barrelinin qiyməti 21 sent azalaraq 55,91 dollar olub. 1,11 dollar ucuzlaşan “AzəriLayt” markalı neftin barreli isə 57,51 dollara satılır.

Neftdə ucuzlaşma sentyabrın 27-dən başlayıb. Novator.az bildirir ki, sentyabrın 26-da “AzəriLayt” markalı neftin barreli 60,51 dollara təklif olunub. Bu, ay ərzində 7 dollar bahalaşma demək idi. Avqustun 31-də “AzəriLayt” markalı neftin bir barrelinə 53,51 dollar qiymət qoyulmuşdu.

Azərbaycanın 2017-ci il büdcəsində neftin qiyməti 40 dollar hesablanıb.