Ziyad Səmədzadədən ağ yalan

“Azərbaycan iqtisadiyyatı kifayət qədər dinamik inkişaf edir. Biz artıq bu gün kifayət qədər valyuta ehtiyatına malikik. Azərbaycan borc alan ölkədən, borc verən ölkəyə çevrilib”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Bakıda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyi və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərtinin cəlb edilməsi” adlı konfransda deyib. Komitə sədri bildirib ki, Azərbaycanda büdcə xərclərinin artım sürəti ölkənin ümumdaxili məhsulundan xeyli yüksəkdir.

Z.Səmədzadənin “borc verən ölkəyə çevrilmişik” iddiası hakimiyyət mənsublarının “inkişaf” nağıllarına yeni bir lətifə kimi əlavə oluna bilər. Çünki Azərbaycan hakimiyyəti hazırda borc üçün döymədiyi qapı qoymayıb. Məsələn, təkcə gələn ay TAP və TANAP üçün 3.5 milyard kredit almağa ümidlidir. Dünyanın dörd bir yanından borc alan ölkənin deputatı belə primitiv yalanla sadəcə. adamları aldatmaq istəyir.

azadliq.info