Yol polisi əməkdaşı ağır qəzaya düşüb

Bakıda yol qəzası baş verib.

Range Rover” markalı avtomobil yol arakəsmələrini təmizləyən “Azəravtoyolservis” ASC-yə məxsus “KamAZ” markalı su maşınına çırpılıb. Hadisə nəticəsində avtomobil deformasiyaya uğrayıb və sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Sürücü Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) Texniki Təminat Şöbəsinin rəisi, 31 yaşlı polis kapitanı Cabir Firdovsi oğlu Hüseynovdur. O, qəza zamanı ağır xəsarət alıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib