Dini ekstremizmlə mübarizə vaxtı suyunuz kəsiləcək

Trend-in məlumatına görə, yeni dəyişikliyə əsasən, istehlakçıları xəbərdar etmək şərtilə onların su təchizatının dayandıra bilmə halları artırılıb.

Yeni dəyişikliyə uyğun olaraq, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların – Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında istehlakçıların su təchizatı istehlakçını mütləq qaydada xəbərdar etmək şərtilə dayandıra bilər.