Natiq Güləhmədoğlu
2 il əvvəl idi. Bu fotosunu gördüyünüz cənabın-prezident köməkçisi Əli Həsənovun birbaşa nəzarətində olan qəzet belə bir dəhşətli iş gördü. Türkiyənin “Hürriyet” qəzetinin patronu, “Doğan” holdinqin rəhbəri Aydın Doğanı yıxdı sürüdü, ona qarşı etikadan kənar yolverilməz ifadələr işlətdi (məsələn, “bic”, erməni, yəhudi qanı daşıyan türk düşməni və s).
Xülasə, o yazıların məğzi bu idi ki, Aydın Doğan və onun mediası erməni köpəkləridir, ay camaat onların yazdığına inanmayın.
Bu günsə baxıram bütün dünya boyunca, ən məşhur qəzetlərin, saytların Azərbaycan hakimiyyətinin oğurluğu barədə yazdıqlarını haman bu cənab “Hürriyet” qəzetinə şərh edib. Nə deyib? Heç nə, təzə söz yoxdur.
“Ay camaat-“Hürriyet”e, bu qəzetə inanmayın, ermənilərindi” deyən adamlar, elə haman o qəzetədə car çəkiblər ki “ay camaat, o biri qəzetlərdə bizim haqda yazılanlara inanmayıb, hamısı ermənilərin işidir”.
Rəhmətliyin nəvələrinin çox müdrik siyasi qabiliyyətləri varmış.
Amma camaatımız onlar qədər siyasi talantlı olmadığından hazırda çaş-baş vəziyyətdədilər. Bilmirlər, cənab Həsənovun o sözünə inansınlar, yoxsa bu günkü sözünə.
Belə də götürəndə, demokratiyadır, seçim azadlığı var, kimə hansı açıqlama sərv edir, onu alıb getsin.