Sumqayıtda 51 yaşlı kişi məktəbdə özünü asıb

olum-intiharSumqayıtda intihar hadisəsi baş verib.

Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, Sumqayıt şəhər sakini, 1965-ci il təvəllüdlü Rauf Əlisəfa oğlu Cəfərov məktəbin həyətində özünü idman qurğusundan asıb. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.