ABŞ Mərkəzi Bankı Fed-in Dekabr ayında faiz artıracağı qəti olaraq düşünülür.
“Marja” xəbər verir ki, Fed-in 13-14 dekabr yığıncağında faiz artıracağı ehtimalı, Bloomberg-in hesablamalarına görə, ilk dəfə 100% səviyyəsinə çıxıb.
Teyderlər gözləyirlər ki, Donald Trump-ın maliyyə siyasətləri pul siyasətinin daha sürətlə sərtləşdirməyi tələb edə bilər. Donald Trump vergiləri aşağı salacağı və infrastruktur layihələrinə böyük vəsait ayrılacağı sözünü verib. Vədlər reallaşarsa ABŞ-da inflyasiya daha da yüksələ bilər.