ABŞ-ın 45-ci prezidenti Donald Tramp 2017-ci il yanvarın 20-də inaqurasiya mərasimindən sonra Ağ Evə tək köçəcək. Prezidentin həyat yoldaşı Melaniya Tramp və oğlu Berron Nyu-Yorkda qalacaq. Prezidentin ailəsi Trump Tower-də yaşayacaq. ABŞ-ın birinci xanımı bu qərarını 10 yaşlı oğlunun təhsili ilə əlaqələndirir. Bundan əlavə, Berron Tramp atasının seçki kampaniyası dövründə çox yorulub. Bu səbəbdən də anası ondan ayrı qalmaq istəmir.
azadlıq.info