
Sivil Toplum Platformasının (STP) nümayəndə heyəti Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri, cənab Mixael Kindsqrabla görüşüb.
Toplum.Tv-yə verilən məlumata görə, görüşdə platforma üzvləri STP-nin yaranma zərurəti və məqsədləri, habelə qarşıya qoyulan fəaliyyət istiqamətləri barədə məlumat veriblər.
STP üzvləri alman diplomatla ölkədəki ictimai-siyasi vəziyyət, vətəndaş cəmiyyəti və medianın hüquqi və praktik durumu, siyasi azadlıqlar və siyasi məhbus problemləri, sosial-iqtisadi vəziyyətin ağırlaşması, həmçinin mövcud problemlərdən çıxış yolları və beynəlxalq qurumlarla Azərbaycanın münasibətləri müzakirə edilib.
Tərəflər bundan sonra da STP ilə Almaniyanın ölkəmizdəki səfirliyi arasında təmasların sıxlaşdırılmasının faydalı olacağı qənaətinə gəliblər.
Görüşdə səfirlə yanaşı, səfirliyin birinci katibi Paul Amann da iştirak edib.