Fransada 2017-ci ildə aprel ayında keçiriləcək prezident seçkilərinə sağın namizədinin müəyyən edilməsi üçün keçirilən ön seçkilərdə iki sürpriz birdən yaşanıb. İddialı namizədlərdən olan sabiq prezident N.Sarkozi 24,4 faiz səs yığaraq uduzdu və son həftələrdə səslərini artıran F.Fillion 42,8 faiz səslə ipləri ələ aldı. Bütün anketlərdə qalib olan Alain Juppe 26 faiz səs alaraq ikinci olub və tur adlamağı çətinliklə təmin etdi. Qeyd edək ki, F.Fillion seçki öncəsi sorğularda 4-cü sırada idi.
Aqil