Şanxay Əməkdaşlıq Təşkilatının qurucularından olan General Leonid İvaşov Sputnikə açıqlamasında bildirib ki, Türkiyə prezidenti R.T.Ərdoğanın ŞƏT-ə üzv olmaq cəhdləri doğru qərardır. ŞƏT-in parlaq və geniş bir perspektivi var. Türkiyə ŞƏT-ə üzv olmaq haqqında düşünürsə, NATO-dan çıxmalıdır. “Hindistan və Pakistan kimi nüvə silahına sahib iki ölkə ŞƏT-ə üzv olduqdan sonra aralarındakı hərbi gərginlik azalıb”. İvaşov Donald Trampın NATO köhnəlmiş bir qurumdur və üzv ölkələrin ABŞ-a pul ödəməli olduğu fikrini əsas gətirərək, Türkiyənin bütün bunları hesablamalı olduğunu və ortaya mövqe qoymalı olduğunu bildirib.
Aqil