Putin Trampa böyük ümidlər bəsləmir

putinDonald Trampın ABŞ prezidenti seçilməsini şərh edən Rusiya prezidenti Vladimir Putin seçki ritorikası ilə real siyasət arasında fərqin olduğunu deyib. “Biz hamımız yaxşı anlayırıq ki, bütün ölkələrdə seçki qabağı ritorika ilə real siyasət arasında böyük fərq var”, – deyə o qeyd edib.

Trampla mümkün görüşə toxunan Putin qeyd edib ki, bu bardə danışmaq hələ tezdir. Çünki yeni seçilən prezident administrasiyasın hələ indi formalaşdırır. “Nümayəndələrin görüşü barədə razılıq əldə edilib, ancaq hələlik bu da çətindir. Çünki hələlik Trampın rəsmi şəkildə əməkdaşları təyin edilməyib”, – deyə Putin qeyd edib.

azadlıq.info