İndi Rusiyanın qarşısında 1980-1990-cı illərdə Sovetlər Birliyinin üzləşdiyi risklər dayanır, – vətəndaş təşəbbüsü komitəsinin sədri və Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin bəyan edib.
Kudrin jurnalistin “Rusiyanın indi resurslarını orduya yoxsa humanitar sahələrə xərcləməyi daha yaxşıdır” sualına cavab verib.
Keçmiş maliyyə naziri müasir Rusiya və Sovetlər Birliyinin son dövrləri ilə paralellər aparıb. Onun sözlərinə görə, Rusiya indi oxşar risklərlə üzləşib – desentralizasiya və ölkənin regionallaşması.
“SSRİ zəif ordu və ya zəif KQB-yə görə parçalanmadı. O, özünün qeyri-effektiv iqtisadi modelinə görə parçalandı”, – keçmiş nazir bildirib. Onun sözlərinə görə, müasir Rusiya üçün başlıca risk qeyri-effektiv iqtisadiyyat və texnoloji inkişafdan geri qalmasıdır. Kudrinin fikrinə görə, SSRİ-nin çöküşünün həqiqi səbəbi sonradan heç kimə lazım olmadığı müəyyənləşən ifrat silah istehsalı oldu.

Rusiyanı SSRİ-nin taleyi gözləyir
•
•