Cənubi Koreya prokurorluğu ölkə prezidenti Pak Kın Xenin korrupsiya skandalına qarışdığını bəyan edib. Prezident immunitetinə görə onu məhkəməyə cəlb etmək olmur, ancaq onun yaxın rəfiqəsi, prezidentin köməkçisi rolunu oynayan Çxve Sun Silə qarşı səlahiyyətlərdən sui-istifadə ittihamı irəli sürülüb. Onu xüsusilə ona görə ittiham edirlər ki, o, iki böyük korporasiyaya təzyiq edib ki, ona bağlı “Mir” və “K-Sports” fondlarına çoxmilyonluq ianə köçürsün.
BBC müxbirinin dediyinə görə, prokurorluğun bu bəyanatı prezidentə təzyiqləri artıracaq: son həftələrdə prezidentin istefası tələbilə genişmiqyaslı aksiyalar keçirilir.