ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp əvvəllər qurduğu Tramp Universitetinin zərərçəkənlərinə 25 milyon dollar maddi təzminat ödəməyi qəbul edib.
Əmlak sektorunu öyrənmək üçün qeydiyyata düşən tələbələrin vəd edilən təhsili almadıqları iddiası ilə açılan məhkəmə işində Tramp “dostyana həllə” getdi. Hər iki tərəfin vəkilləri hökmü məmnuniyyətlə qarşıladı.
Trampın vəkili Daniel Petroçelli qərarın açıqlanmasının ardından bunları dedi: “Bizim üçün bu işdə razılığa nail olmağımızın ən önəmli tərəfi prezidentlik vəzifəsinə seçilən Donald Trampın və universitetin hər hansı bir xətası və məsuliyyətinin olmadığının təsbit edilməsidir. Məhkəkəmə işinin əsasına uyğun bir qərar çıxmadı.”
Şikayət müraciəti edənlərin vəkili Ceysn Forc isə bunları dilə gətirdi: “Bu məktəbə qeydiyyata düşən və pulunu almaq istəyən hər kəs ən azından yarısını, bəlkə də hamısını geri alacaq. Biz çıxan qərardan razıyıq.”
Tramp “dostyana həlli” seçməklə mühakimə edilmək ehtimalından qurtuldu. Tramp universiteti 2005-2010-cu illərdə əmlak sektoru sahəsində təhsil verib.

Tramp 25 milyon dollar təzminat ödəyəcək
•
•