Penitensiar Xidmət Seymur Həzi ilə bağlı yalan məlumat verib

seymurhezi-yeniBir müddət əvvəl AXCP sədrinin müavini , Azadliq qəzetinin siyasət Şöbəsinin müdiri Seymur Həzinin səhhətində problemlər olduğu barədə məlumat verilmişdi. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məsələyə münasibət bildirilərək Seymur Həzinin müayinə olunduğu, ondan qan analizi götürüldüyü bildirilmişdi. Analizin nəticəsindən sonra onun müalicəyə ehtiyacının təstiqlənəcəyi təqdirdə tədbir görüləcəyi bildirilmişdi.

Seymur həzinin həyat yoldaşı Nigar Həziyev özünün feysbuk səhifəsində məlumatın yalan olduğunu bildirib. “ Dünən Seymur Həzinin vəkili Şəhla Hümbətova 17 saylı Cəzaçəkmə müəsisəsində onunla görüüb. Görüş zamanı məlum olub ki, ümumiyyətlə, son iki həftə ərzində Seymuru müayinə ücün heç bir addım atılmayıb. Nəinki ondan qan örnəyi götürülüb. Ədliyyə Nazirliyinden verilen açıqlama isə tamamilə yalandır. Onun səhhətindəki problemlər öz ağırlıgını qoruyur. Qeyd edim ki, müəssisənin daxilində qan analizi götürmək ücün heç bir texniki avadanlıq yoxdur. Bu bir daha onu göstərir ki, müəssisə məhbuslar arasında ayrıseçkilik edir. Bu rejimin siyasi məhbuslara fərqli yanaşmasıdır.
Artıq  həftə yekunlashmaq üzərədir. Seymurun dediyinə görə, onun səhhətinin yaxşılaşması üçün heç bir addım atmayan müəssisə rəhbərliyinin, həmçinin Ədliyyə Nazirliyinin  məsələyə biganə qalması hakimiyyətin onun səhhətinin pisləşməsində maraqlı olduğunu göstərir”,-deyə Nigar Həzi bildirib.