Tramp gələcək baş prokuror və MKİ-nin rəhbərini açıqladı

tramp-ev

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ABŞ-ın Baş Prokurorluğu və Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) yeni sədrlər seçib. Onlar respublikaçı senator Cef Seşns və konqresmen Maykl Pompeodur.

Trampın Cef Seşnsə ABŞ-ın baş prokuroru vəzifəsini tutmaq təklifini “Bloomberg” və “CBS” xəbər verib. Trampın keçid komandasının təmsilçisi sonradan bəyan edib ki, Seşns təklifi qəbul edib.

Kanzasın təmsilçilər palatasının üzvü Maykl Pompeo MKİ-nin sədri postunu tutmağa razılıq verib. Həmçinin Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi də artıq müəyyənləşib – o, istefada olan general-leytenant, ABŞ müdafiə nazirliyinin keçmiş kəşfiyyat direktoru Maykl Flindir.