ABŞ-da istehlakçı qiymətləri (inflyasiya) ardıcıl üçüncü ayda da yüksələrək inflyasiyanın Fed-in hədəfinə yaxınlaşdığına işarə edib.
ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, inflyasiya Oktyabrda gözləntiyə paralel olaraq 0.4% artıb. İllik inflyasiya isə 1.6% artıb. Gözlənti aylıq 0.4%, illik 1.6% artım idi.
Baza inflyasiya isə aylıq müqayisədə 0.1% yüksələrək 0.2%-lik gözləntidən aşağı qalıb. İllik artım 2.1% olub. Benzin qiymətləri 7% artıb, ümumi enerji qiymətləri 3,5%, 2013-cü ilin Fevra ayından bəri ən güclü artımını qeyd edib.
İnflyasiyada yüngül yuxarı istiqamətli meyl və sağlam məşğulluq bazarı şərtləri Fedin gələn ay faizləri artırmaq gözləntisinə təkan verir.
ABŞ-da işsizlik müavinəti müraciətləri 40 ilin aşağı səviyyəsinə enib
Vaşinqtonda ABŞ Əmək Nazirliyi tərəfindən Cümə günü açıqlanan məlumatlara görə, işsizlik müavinətindən faydalanmaq üçün müraciətlər, 12 Noyabrda sona çatan həftədə 19,000 azalıb və 235,000 olub. Bu son 40 ilin ən aşağı səviyyəsidir.
Bloomberg-in sorğusuna qatılan ekspertlərin proqnozu, işsizlik müavinəti müraciətlərinin 257,000 səviyyəsində gələcəyi istiqamətində idi.
İyun ayından bu yana görülən ən kəskin azalma qeyd edən işsizlik müavinəti müraciətləri, iqtisadiyyatın mülayim bir şəkildə artmaqda davam etdiyinə və təcrübəli işçi müraciətlərinin məhdud qalmaqda davam etməsilə, işəgötürənlərin işdən çıxarmalar məsələsində istəksiz olduğuna işarə edir.