Tramp-Putin görüşü haqqındakı məlumat yalan çıxdı

tramp-davaBu barədə Kremlin mətbuat xidmətinin rəhbəri Peskov deyib

Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında görüş barədə yayılan məlumat yalandır. Bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.

“Konkret heç bir xəbər yoxdur və təbii ki, andiçməyə qədər hər hansı görüş barədə söhbət getmir”, – deyə Peskov qeyd edib.

Kremlin mətbuat xidmətinin rəhbəri bildirib ki, bu barədə yaılan xəbər yalandır.

Məlumata görə, Trampın müşavirləri onu andiçmə mərasiminə qədər Moskvaya getmək fikrindən daşındırıb.

azadlıq.info