Rusiya Federal Statistika Komitəsi (Rosstat) tərəfindən edilən açıqlamaya görə, ölkə iqtisadiyyatında son 7 rübdür davam edən geriləmə prosesi bu ilin üçüncü rübündə də davam edib, ancaq iqtisadiyyatdakı geriləmənin bu dövrün ən aşağı səviyyəsinə düşdüyü bildirilib.
Açıqlamada, ötən ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsulun (ÜDM) 0,4 faiz azaldığı qeyd edilib. ÜDM-dəki bu azalma nisbəti son 7 rübdə reallaşan ən aşağı azalma nisbətidir.
Rusiya İqtisadi İnkişaf Nazirliyinin Makroiqtisadi Proqnoz Departamentinin Rəhbəri Kirill Tremasov, ötən həftə verdiyi açıqlamada, Rusiyada mövsüm və təqvim təsirindən təmizlənmiş Ümumi Daxili Məhsulun isə üçüncü rübdə 0,1 faiz ilə 0,2 faiz artdığını açıqlamışdı.
Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına görə Rusiya iqtisadiyyatının bu il 0,6 faiz kiçilməsi gözlənilir. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozu isə 0,8 faiz səviyyəsindədir.



