Aİ-nin Şərq Tərəfdaşlığı proqramı sammitinin tarixi açıqlanıb

avropa_birliyi-bina-bayraqŞərq Tərəfdaşlığı Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrinin növbəti sammitinə Estoniya sədrlik edəcək.

Bu haqda Estoniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

İnformasiyaya əsasən, növəbti tədbir 2017-ci ilin birinci yarısında Brüsseldə Estoniyanın sədrliyi ilə keçiriləcək.

Xəbərə görə, 2017-ci ildən Estoniya Aİ-yə sədrlik edəcək.

Xatırladaq ki, Aİ-nin 6 şərq qonşusu – Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına istiqamətlənmiş “Şərq Tərəfdaşlığı” proqramı 2009-cu ildə başlayıb. Bu təşəbbüs Polşa və İsveç tərəfindən irəli sürülüb.

 

(report)