ABŞ-ın yeni dövlət başçısı seçilən milyardçı Donald Tramp prezident məvacibindən imtina edib. APA-nın xəbərinə görə, bunu Tramp CBS telekanalına müsahibəsində bəyan edib.
Qeyd edək ki, ABŞ prezidentinin illik maaşı 400 min dollardır. “Forbs” jurnalına görə, Donald Trampın sərvətinin 3,7 milyard dollar dəyərində olduğu təxmin edilir.