Rusiyameyilli İqor Dodon Moldova prezidenti seçilib

b5753548-cf60-4d2a-81e2-bd9486331675_292Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda Rusiyameyilli Moldova Respublikasının Sosialist Partiyasının (MRSP) lideri İqor Dodon qalib gəlib.

Ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, o, bülletenlərin 98%-nin hesablanmasından sonra, səslərin 54,4%-ni toplayıb.

Dodonun rəqibi – Avropayönlü müxalifətdən olan yeganə namizəd – Fəaliyyət və Həmrəylik Partiyasının rəhbəri Mayya Sandu seçicilərin 45,5 %-nin dəstəyini qazanıb.

Qalan bülletenlərin (2%) hesablanması vəziyyəti dəyişə bilməz. Çünki hazırda namizədlər arasında fərq 140 mindən çoxdur, hesablanmamış bülletenlərin sayı isə 100-dən azdır.