O “acından ölən” Ermənistan, bu da bizim zəngin ölkənin hökuməti

ali-karimli-qurultayda

“Acından ölən” Ermənistanda hərbçilər üçün ölüm, yaxud birinci dərəcəli əlillik halında 21 min dollar (37 min manat), ikinci dərəcəli əlillik halında həmin məbləğin yarısı qədər birdəfəlik ödəniş nəzərdə tutulur. Bundan başqa, 20 il ərzində hər ay sığorta pulu da ödəniləcək. Müvafiq qanunu hökumət hazırlayıb, artıq parlamentə göndərdi. Bizim zəngin və analoqsuz ölkəmizdə isə şəhid valideynlərinin əksəriyyəti övladlarının cəmi 11 min manat olan “qanpulunu” 20 il ərzində ala bilməyib, səfalət içində bu dünyadan köçüblər, ya da son günlərini yaşayırlar. Onlarla Qarabağ qazisi isə müalicə olunmağa, ailəsini dolandırmağa pul tapa bilmədiyindən intihar edib. Dünyadan ədalət istəyən insanlar ilk növbədə öz hökumətlərindən ədalət tələb etməyi bacarmalıdır.