15sentyabr-moskva-mitinq

Yarım milyondan çox insan nümayişə çıxdı

Президент Южной Кореи (справа) и ее подруга - тайный советник (фотомонтаж)

Cənubi Koreyanın paytaxtı Seulda yarım milyondan çox insan prezident Pak Kın Xenin istefası ilə bağlı nümayiş həyata keçirib.

Etirazçılar rəfiqəsinə hökumət işlərinə qarışmağa icazə verdiyi üçün prezidenti ölkəni idarə edə bilməmək bacarıqsızlığında ittiham edirlər.

Müşahidəçilər qeyd edir ki, etiraz aksiyalarında müxalifət partiyası üzvlərindən əlavə cəmiyyətin müxtəlif qruplarından insanlar öz uşaqları ilə iştirak edib.

Nümayişlər oktyabrın 25-i prezidentin rəsmi olaraq ictimaiyyətdən üzr istəməsindən sonra başlayıb. Sonra o, bir daha üzr istəyib və parlament müxalifəti ilə koalisiya hökuməti formalaşdırmaq təklifi edib. Pak Kın Xe aparıcı məsləhətçilərini işdən qovub; keçmiş köməkçilərindən bir neçəsi səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edilib. Bunlar belə xalqı sakitləşdirməyə kömək etməyib.