Gələcək prezident Donald Tramp Barak Obama tərəfindən həyata keçirilən və “Obamacare” adı ilə tanınan səhiyyə reformundan tamamilə imtina etmək niyyətində deyil.
Seçkilərdən sonra “The Wall Street Journal”-a ilk müsahibəsində o deyib ki, bu reformun ən azı bir neçə müddəasını qüvvədə saxlayacaq. Tramp valideynlərə öz sığortasına uşaqların daxil edilməsi müddətini uzada bilmək hüququ verilməsini müsbət qiymətləndirib. O, həmçinin sığorta şirkətlərinin əvvəlki xəstəliklərinə görə xəstələrə tibbi sığorta verməkdən imtina etməyinə olan qadağanı dəstəkləyib.
Tramp intervyusunda bildirib ki, vaxt itirmədən immiqrasiya, sərhədlərin təhlükəsizliyi, maliyyə sferasında dəyişiklik məsələlərini nəzərdən keçirmək niyyətindədir.

Tramp daha bir seçki vədindən geri çəkildi
•
•