Fed: Faiz artırmaq üçün əsaslar olduqca güclüdür

ABŞ Mərkəzi Bankı Fed-də 2 nömrəli ad Stenli Fişer (Stanley Fischer) çıxışında, bankın maksimum məşulluq və qiymət sabitliyi (inflyasiya) məqsədlərinə yaxınlaşdığını, bu vəziyyətin də faiz artırmaq üçün əsasları gücləndirdiyini deyib.

Fişer pul siyasətinin əvvəlcədən müəyyən edilmiş bir cığırda olmadığını da ifadə edib.

Fişer həmçinin ABŞ-dakı normallaşmasının xarici iqtisadiyyatlar üçün “idarəolunan” olacağı barədə nikbin olduğunu bildirib. Fişer inkişaf edən ölkə iqtisadiyyatlarının əsas göstəricilərinin ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşdığını, bu səbəblə risklərin daha asan öhdəsindən gələcəklərini bildirib.

Bu il Fed-in pul siyasətini müəyyən edən FOMC-da səsvermə hüququ olan Fişer, faizlərin mərhələli artacağını dilə gətirib.

Fed-in sədr müavini, “Fed faizləri artırmağa getdikcə yaxınlaşır” – deyib.

Fişerin açıqlamaları, ABŞ-ın yeni Prezidentinin Trump olmasına baxmayaraq, Fed-in faiz artırmaqdan imtina etmədiyini göstərir. Fed 2008-ci ildən bəri sıfıra yaxın faiz siyasətini ötən ilin Dekabrayındakı faiz artırımı ilə başa çatdırmışdı. Fed-in bu il son iclası 13 – 14 Dekabr tarixlərində baş tutacaq.