Pentaqon Şərqi Avropada hərbi gücünü artırır

pentaqon

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Avropada hərbi mövcudluğu azaltmaq vədinə rəğmən Pentaqon NATO və Şərqi Avropada hərbi mövcudluğunu gücləndirmək planlarını təşviq etmək niyyətindədir. Bu planlar Vaşinqtonun müttəfiqləri ilə necə razılışdırılmışdısa, elə də həyata keçiriləcək, – Pentaqonun rəsmi təmsilçisi Piter Kuk 10 noyabrda bəyan edib.

Qeyd edək ki, NATO 2016-cı ilin yayında Ukrayna konflikti ilə əlaqədar Avropanın şərqinə 4 batalyon göndərmək qərarı vermişdi.