İtkin düşən neftçinin kimliyi məlum olub

Noyabrın 8-də Xəzər dənizində itkin düşən neftçinin kimliyi məlum olub. Hüquq müdafiəçisi facebook səhifəsində yaydığı mılumata görə, itkin düşən şəxsin adı Qalib Hacıyevdir.

Paylaşıma cavab olaraq istifadəçilərdən biri qeyd edib ki, Qalib Hacıyev “KCA-Deutag” şirkətinin əməkdaşıdır.
Qeyd edək ki, noyabrın 8-də Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb.