ABŞ Mərkəzi Bankı Fed-in Sankt-Luis şöbəsinin sədri Ceyms Bullard (James Bullard), Dekabr ayının faizləri artırmaq üçün məqbul bir zaman olduğunu deyib.
“Marja” xəbər verir ki, Bullard, Donald Trumpın ABŞ-da prezident seçkisində qələbəsindən bu yana iqtisadiyyat barədə fikrini dəyişmədiyini bildirib.
Bullard, “Bizim fikrimiz tək bir faiz artırımı istiqamətindədir. Dekabr ayının bu tək faiz artırımı üçün məqbul bir zaman olduğunu düşünürəm” deyib.
Bullard, digər tərəfdən, “Son məlumatlara baxanda, ÜDM-in artımı üzrə iqtisadiyyatın isindiyini demək lazım olduğunu düşünmürəm” deyib.
Bullardın bu il Federal Açıq Bazar Komitəsinin (FOMC) iclaslarında səsvermə hüququ var.
Fed/Lacker: Gələn ay faiz artırmaq ehtimalı hələ də güclüdür

Richmond Fed Sədri Jefrrey Lacker, prezident seçkisini Respublikaçı Donald Trumpın qazanmasının Dekabrda faiz artırma ehtimalını azaltmadığını söyləyib.
Lacker etdiyi çıxışında, Fedin gələn ay faiz artırması ehtimalının hələ də güclü olduğunu ifadə edib.
“Dekabrda yeni bir faiz artırımını müzakirə edəcəyimizə heç şübhə yoxdur”,- deyən Lacker, iqtisadiyyatın sağlamlığı üçün daha yüksək faiz nisbətlərinə ehtiyac duyulduğunu dilə gətirib.
Lacker, həmçinin, ABŞ-ın 45-ci Prezidenti seçilən Donald Trumpın vergiləri aşağı salmağı planlaşdırdığını xatırladaraq, “Əgər bu təşəbbüs həyata keçirilsə, faiz artımında daha sürətli hərəkət etməliyik”,- deyib.
Fedin pul siyasətini müəyyənləşdirən Federal Açıq Bazar Komitəsinin (FOMC) növbəti iclası Dekabrın 13-14-də keçiriləcək.
Lacker-ın FOMC-da bu il səsvermə hüququ yoxdur.



