Nəsimi rayon məhkəməsində Faiq Əmirlinin həbs müddətinin uzadılması ilə bağlı Prokrorluğun təqdimatına baxılıb. Babək Pənahovun sədrliyi ilə keçən prosesdə həbs qətimkan tədbiri 2017-ci ilin yanvarın 12-nə kimi uzadılıb. Vəkil Aqil Layicov məhkəmənin belə qərarlar qəbul etməsini gözlənilən hesab edib. “Adətən Prokrorluğun belə təqdimatları məhkəmələr tərəfindən qeyd şərtsiz yerinə yetirilir”,-deyə vəkil bildirib. Qərardan apellyasiya şikayəti veriləcək.





