Trampın ilk telefon söhbəti bu ölkənin prezidenti ilə oldu

trampABŞ-ın yeni prezidenti Donald Tramp seçkidəki qələbəsindən sonra ilk telefon söhbətini türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla aparıb.

Bu barədə «Dailysabah» məlumat yayıb.

Məlumata görə, söhbət zamanı Ərdoğan Trampı qələbə münasibətilə təbrik edib və ABŞ-ın yeni prezidentini terrorla mübarizədə Ankara ilə əməkdaşlığa çağırıb.

Ərdoğan onu da qeyd edib ki, Türkiyə ilə ABŞ arasında qarşılıqlı hörmət, ümumi dəyərlər və maraqlar var.

 

Gültəkin