Senat respublikaçılarının lideri Rusiyaya xəbərdarlıq etdi

senat

Senatda respublikaçı çoxluğun lideri Mitç Makkonnel Rusiyaya xəbərdarlıq edib ki, əgər Rusiya NATO üzvü ölkələrdən hər hansı birinə hücum etmək qərarı versə, alyansın bütün üzvlərini qarşısında görəcək.

8 noyabrda prezident seçkiləri ilə bərabər parlament seçkiləri də keçirilib. Seçkilərdə Respublikaçı partiya konqresin hər iki palatasında çoxluğu əlində saxlamağa müvəffəq olub.