Barak Obamanın ünvanına ağır təhqirlər ünvanlayan Filippin lideri Rodriqo Dutertenin ABŞ-ın yeni prezidenti Donald Tramp barədə nə düşündüyü məlum olub.
CNN-in məlumatına görə, Duterte Trampı qələbə münasibətilə təbrik edib və onunla bağlı «prezident Trampı təbrik etmək istəyirəm, çox yaşa!» ifadələrini işlədib.
Duterte Trampla öz arasında bənzərlik gördüyünü də bildirib: «İkimiz də söyməyi sevirik. Xırda bir şey olan kimi söyüb keçirik. Biz onunla oxşarıq».
Gültəkin