Tramp Kanadanın miqrasiya saytını çökdürdü

abs_seckiDonald Trumpın seçkidə öndə getməsi Klinton havadarları arasında böyük narahatlıq yaradıb. Trumpın seçkini qazanmağa yaxınlaşması ilə Kanadanın miqrasiya saytı əlçatmaz hala gəlib.

“Marja” xəbər verir ki, aralarında bir çox məşhur adların da olduğu bir çox adam Trump-ın prezident olması vəziyyətində Kanadaya köçəcəyini söyləmişdi. BUna görə, Kanadanın miqrasiya saytına ABŞ-dan girişlər kəskin artıb, nəticədə də sayt çöküb.

ABŞ prezident seçkilərində əqrəbinin Respublikaçıların namizədi Donald Trumpa dönməsilə, Demokratiya Partiyasının namizədi Hillari Klintonun tərəfdarları təşviş içindədirlər.