ABŞ-da Prezident seçkiləri davam edir.
İlkin məlumata görə, səslərin Tramp (Donald Trump) 49%-ni Klinton (Hillary Clinton) isə 46.9%-ni qazanıb.
New York Times-a görə Tramp-ın seçkini qazanması şansı 80%-ə yüksəlib.
Trampın Prezident olacağı ehtimalının artması ilə Dollar və neft kəskin ucuzlaşıb. Avro Dollar qarşısında 2,44%-dən çox qalxaraq 1.1295 səviyyəsinə gəlib. Brent nefti isə 3.6% ucuzlaşaraq 44,49 dollara, Teksas nefti isə 3,7% ucuzlaşaraq 43,30 dollara düşüb.
Qızıl isə 4,4% bahalaşaraq 1333 dollara qalxıb.
Hazırda da qlobal birjalarda neft və dolların ucuzlaşması, qızılın isə bahalaşması davam edir.