Bakının Yasamal rayonu ərazisində 59 yaşlı kişi lift şaxtasına düşərək ölüb.
Rayonun A.M.Şərifzadə küçəsində inşa edilən şoxmərtəbəli binada fəhlə işləyən 1957-ci il təvəllüdlü Beytulla Hümbətov lift şaxtasına yıxılıb. Zərərçəkən aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Tikinti işlərinin “İlqar-Company” MMC tərəfindən aparıldığı bildirilir. (Report)