Bu ilin yanvar-oktyabr aylarında Vergilər nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar azalıb.
Nazirlikdən verilən məlumata görə, bu ilin 10 ayı ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 707 milyon 128 min manat vəsait köçürülüb. Bununla da proqnoz tapşırığına 100,1 faiz əməl edilib.
Ancaq bu keçən ilin analoji dövrü ilə müqayisədə 263 milyon 119 min manat azdır.
Məlumatda qeyd edilir ki, qeyri-neft-qaz sektoru üzrə büdcəyə 4 milyard 310 milyon 845 min manat vəsait köçürülüb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 247 milyon 477,8 min manat çoxdur.
Cari ilin yanvar-oktyabr aylarında respublika üzrə 105 min 605 vergi ödəyicisi qeydiyyata alınıb.
(azadliq.org)